İmtahan həyəcanını necə idarə edə bilərik?
İmtahan dövrü yaxınlaşanda bir çox şagird, tələbə və hətta böyüklər güclü narahatlıq yaşayır. Ürəyin sürətlə döyünməsi, tərləmə, yuxusuzluq, diqqəti cəmləyə bilməmək və əsəbilik – bunların hamısı imtahan həyəcanının əlamətləridir. Həyəcanın müəyyən dərəcəsi normaldır, çünki bizi hazırlaşmağa və daha yaxşı nəticə göstərməyə sövq edir. Amma bu hiss çoxaldıqda, öyrəndiklərimizi unuda və bacarıqlarımızı tam göstərə bilməməyimizə səbəb ola bilər. İmtahan öncəsi gərginliyin bir neçə psixoloji və bioloji səbəbi var:
1.Uğursuzluq qorxusu. Ən çox rast gəlinən səbəbdir. İnsan “ya bacarmasam, ya uğursuz olsam” fikirləri ilə özünü sıxışdırır.
2.Özünə güvənsizlik. İmtahan öncəsi “mən kifayət qədər hazırlaşmamışam” və ya „ yaxşı nəticə göstərə bilməyəcəm“düşüncələri həyəcanı artırır.
3.Valideyn və müəllim təzyiqi. Yüksək gözləntilər uşaqların üzərinə əlavə məsuliyyət qoyur və həyəcanı gücləndirir.
4.Perfeksionizm. “Ya mükəmməl nəticə göstərməliyəm, ya da heç nə” yanaşması insanı daxildən yorur.
5.Hazırlıq çatışmazlığı. Planlı və davamlı hazırlıq olmadıqda, imtahan öncəsi son günlərdə gərginlik artır. Şagird,tələbə,hər hansı sahədə çalışan bir insan ,ilk öncə potensialını düzgün qiymətləndirməlidir.Mükəmməliyyətçi olmayın,gözləntilərinizin nə qədər real olduğuna diqqət edin.Hansı dərs öyrənmə üslubu sizə daha uyğundur,hər kəsin çətinliklərə başa çıxmaq üsulları fərqlidir.imtahana qədər dərsləri izləmək,yoxlama testləri hansı mövzuları daha yaxşı bildiyini aydınlaşdırmaqda kömək edə bilər.Dərsləri öyrənməklə yanaşı digər faktorları da nəzərdən qaçırmamaq gərəkdir.Düzgün qidalanma,yuxu rejimi,təmiz havada yürümək beynin daha yaxşı işləməsinə və yüklənməməsinə kömək edir.Deyək ki,bütün bunlara əməl edirik.Amma narahatçılıq hələ var.Təşviş və stressi idarə etməyi öyrənməliyik.Özümüzə daha şəfqətli yanaşa bilərik.Deyək ki,belə bir düşüncə gəlir:„Suallar çətin olacaq,mən bacarmayacam“.Bu fikrin qarşında deyə bilərik:„Mən əlimdən gələni edirəm,hazırlaşıram bildiyim suallara cavab verə bilərəm“. İmtahanda təşvişi idarə etmək də çox vacibdir,burada nəfəs texnikasından istifadə edı bilərik.Düzgün dərin nəfəs almaq bədənin gərginliyini azaldır və qan dövranını yaxşılaşdırır.Burnumuzla dərindən nəfəs alıb,qarnımıı şişirdirik,nəfəsi dörd sayına qədər saxlayıb,səkkiz sayına qədər uzun uzadı ağzımızla buraxırıq.Bunu fasilələrlə etməliyik ki,baş gicəllənməsinə səbəb olmasın. Bundan başqa diqqətin yayınmağından da istifadə edə bilərik.Təşviş zamanı otaqdakı əşyalara diqqət etmək,divardakı şəkillərə diqqət yetirmək,pəncərə önündə dibçəkıərə diqqət yetirmək,Sinifdəki uşağların sayına,pəncərədən görsının ağclara diqqət yetirmək də imtahan qayğısından və digər səbəblərdın yaranan təşvişi azalda bilər. Duyğularımz, düşüncələrimiz və bədənimiz bir-birindən ayrı deyil,onlar bir bütövün parçalarıdır.Bu bütöv ahəngdə olduqda həyatımızı daha rahat,harmonik olur.Uyğunsuzlaşdıqda isə, daxildə gərginlik və qarşıdurma baş qaldırır. Hər şey bizim bu bütövlüyü necə yönləndirməyimizdən asılıdır.
Related Posts
Which is better, dogs or cats?
Everyone feels low from time to time, so it’s not always easy to know when it is...
STRESS OR ANXİETY?
Stress and anxiety share similar symptoms. However, stress occurs as a...
Asılı Münasibətlər
Asılılıq geniş mənada – müstəqil olmamaq, öz vəziyyətini dəyişmək, uyğunlaşmaq...