Uşaqlarda Davranış Pozuntusu: Əlamətləri, Səbəbləri və Həll Yolları

Uşaqlarda Davranış Pozuntusu: Səbəbləri, Əlamətləri və Həll Yolları
Uşaqlarda davranış pozuntuları valideynlər və təhsil işçilərinin tez-tez rastlaşdığı problemlərdən biridir. Bu pozuntular uşağın yaşadığı emosional narahatlıqlar və ya ətraf mühitin təsiri ilə yarana bilər. Uşaqların sağlam inkişaf etməsi, sosial və emosional bacarıqlar əldə etməsi onların gələcək həyatlarını birbaşa təsir edir. Bu məqalədə uşaqlarda davranış pozuntularının səbəblərini, əlamətlərini və həll yollarını nəzərdən keçirəcəyik.
Davranış Pozuntuları Nədir?
Davranış pozuntuları uşağın yaşına uyğun olmayan, ictimai normalara və qaydalara uyğun gəlməyən, təkrarlanan davranış modelləridir. Bu davranışlar həm uşaq, həm də ətrafındakı insanlar üçün narahatlıq yarada bilər və uşağın sosial münasibətlərinə mənfi təsir göstərə bilər.
Davranış Pozuntularının Səbəbləri
- Genetik Faktorlər: Davranış pozuntuları bəzi hallarda genetik meyllərlə əlaqələndirilə bilər. Ailədə oxşar problemlər yaşayan insanların olması uşağın da eyni problemləri yaşama ehtimalını artırır.
- Ətraf Mühit Faktorləri: Uşağın ailəsi, məktəbi və sosial mühiti onun davranışlarının formalaşmasında mühüm rol oynayır. Ailə daxili ünsiyyət problemləri, valideyn yanaşmaları (çox sərt və ya çox azad tərbiyə üsulları) uşaqlarda davranış pozuntularına səbəb ola bilər.
- Psixoloji Problemlər: Uşaqlarda olan narahatlıq pozuntuları, depressiya və ya travma sonrası stres pozuntusu kimi psixoloji problemlər davranış pozuntularına səbəb ola bilər.
- Nevroloji Faktorlar: Diqqət əskikliyi və hiperaktivlik pozuntusu (DEHB) kimi nevroloji problemlər uşaqların davranışlarına mənfi təsir göstərə bilər.
Əlamətlər
- Aqressiv Davranışlar: Uşağın yaşıdlarına, ailə üzvlərinə və ya heyvanlara qarşı zərər verici davranışlar göstərməsi.
- İnadkarlıq və Üsyankar Davranışlar: Qaydalara davamlı şəkildə qarşı çıxma, avtoritetə meydan oxuma.
- Yalan Danışmaq və Oğurluq: Davamlı olaraq yalan danışmaq və ya başqalarının əşyalarını icazəsiz götürmək.
- Məktəb Problemləri: Dərslərdə uğursuzluq, tez-tez məktəbə getməkdən imtina, məktəbdə dava-dalaşa qarışma.
- Emosional Tarazsızlıq: Ani qəzəb partlayışları, davamlı olaraq əsəbi olmaq.
Həll Yolları
- Valideyn Təlimləndirilməsi. Valideynlərin uşaqları ilə sağlam ünsiyyət qurmaq üçün təlimlənmələri vacibdir. Valideynlər uşaqlarının davranışlarını necə istiqamətləndirəcəyini və onlara necə dəstək olacağını öyrənməlidirlər.
- Psixoloji Dəstək: Uşaqlarda davranış pozuntuları ilə mübarizə aparmaq üçün professional kömək lazım ola bilər. Psixoloq və ya pedaqoq tərəfindən aparılan terapiyalar uşağın davranışlarını anlamağa və mənfi davranışlarını dəyişdirməyə kömək edə bilər.
- Müsbət Tərbiyə: Valideynlərin cəza əvəzinə mükafatlandırma və müsbət tərbiyə üsullarını tətbiq etməsi, uşaqlarda arzuolunmaz davranışların azalmasına kömək edə bilər. Müsbət davranışları gücləndirmək uşağın özünə olan inamını artırır və sosial bacarıqlarının inkişafına dəstək olur
- Məktəblə Əməkdaşlıq: Uşağın məktəbdə də dəstəklənməsi çox vacibdir. Müəllimlərlə əməkdaşlıq edərək uşağın məktəb mühitində davranışlarını müşahidə etmək və lazım olduqda müdaxilələr etmək lazımdır.
- Rutin Yaratmaq: Uşağın həyatında nizamlı bir rejim yaratmaq davranış pozuntularının qarşısını almaqda faydalı ola bilər. Nizamlı yuxu saatları, qidalanma vərdişləri və oyun zamanları uşağın özünü təhlükəsiz hiss etməsinə şərait yaradır.
Nəticə
Uşaqlarda davranış pozuntuları erkən dövrdə fərq edilərək müdaxilə edildikdə adətən müsbət nəticələr verir. Valideynlərin səbirli və anlayışlı olmaları, uşaqları ilə empati qurmaları və lazım olduqda professional dəstək almaları bu prosesdə həyati əhəmiyyət daşıyır. Davranış pozuntularının səbəblərinin düzgün müəyyən edilməsi, uşağın sağlam şəkildə inkişaf etməsi və cəmiyyətə uyğunlaşması baxımından kritik rol oynayır.
Related Posts
СТРЕСС ИЛИ ТРЕВОГА?
Стресс и тревога имеют схожие симптомы. Однако стресс кратковременный...
STRESS OR ANXİETY?
Stress and anxiety share similar symptoms. However, stress occurs as a...
Panik pozuntu nədir və simptomları hansılardır?
Panik pozuntu intensiv, təkrarlanan və gözlənilməz panik ataklarla...
Which is better, dogs or cats?
Everyone feels low from time to time, so it’s not always easy to know when it is...