Asılı Münasibətlər
Asılılıq geniş mənada – müstəqil olmamaq, öz vəziyyətini dəyişmək, uyğunlaşmaq və ya məqsədlərinə çatmaq üçün kiməsə güvənmək meyli deməkdir. Uşaq üçün isə bu, tamamilə normal münasibət formasıdır.Asılı münasibətlərdə insan qarşı tərəfin davranışlarını, hisslərini və emosiyalarını nəzarətdə saxlamağa çalışa bilər, eyni zamanda onun təsdiqinə və diqqətinə güclü ehtiyac duyar.Aslılıq qarşı tərəfə qarşı həddindən artıq nəzarət ,itirmək qorxusundan yaranır.Özünü qurban etmək-tərəflərdən birinin və ya hər ikisinin öz istək və ehtiyaclarından imtina edərək digərinə üstünlük verməsi ilə xarakterizə olunur.Münasibətdən asılı insan özünün və patnyorunun sərhədlərinin harada başlayıb harada bitdiyini bilmir.Bu da münasibətlərdə sağlam dinamikanı pozur.Asılı münasibət zamanı tərəflərdən biri qarşı tərəfin mənfi emosiyalarına və uğursuzluqlarına görə özünü günahkar hiss edir,partnyorunun xoşbəxtliyinə görə məsuliyyət daşıdığına inanır. Məsələn, insan partnyorunun pis əhvalına görə özünü günahkar sayıb, hər vasitə ilə onun xoşbəxt olması üçün çalışa bilər.Bu niyə belə olur?Bu həmən şəxsin uşaqlığ ehtitaclarının yalnış qarşılanması və ya heç qarışlanmaması ilə bağlı ola bilər.Valideyinlər uşağı görməzdən gəlir və ya yalnız “yaxşı davrandıqda” sevgi göstərirdilərsə, uşaq sevgi qazanmaq üçün başqalarının ehtiyaclarını özündən üstün tutmağı öyrənir. Hər iki i tərəf öz və qarşıslndakı insanın istək və arzularına hörmətlə yanaşırsa bu sağlam münasibətdir. Sağlam münasibəti tanıması üçün insanın,uşaq vaxtı qarşılıqsız sevgini,dəyəri valideyinlərindən görməsi lazımdır.Həddindən artıq tərif,və həddindın artıq tələbkarlıq,və ya əksinə uşağın uğurlarını görməzdən gəlmək ,onun yetişkin olduqda özünə olan yalnış münasibətini formalaşdıra bilər.İnsanlar həyatlarını birləşdirib münasibət qurubsa.Burada biz olmaq üçün ortaq qərarlar qəbul edir və birlikdə zaman keçirməyə vaxt ayırırlar.Münasibətin sağlam davam etməsi üçün hər iki tərəf əmək verməlidir.Mən özümlə xoşbəxtəm, sən də özünlə xoşbəxtsən, amma birlikdə olanda hər şey daha da gözəl olur. Və biz məhz buna görə bir yerdəyik.
Related Posts
“Mən Həyatımı Sənə Vermişəm..”
“Mən Həyatımı Sənə Vermişəm..” – Valideyn Fədakarlığı və Psixoloji...
Understanding Social Phobia
What is Social Phobia? Social phobia, also known as social anxiety...
Night-Time Eating Episodes
Many individuals experience episodes of waking up to eat at night or eating...