
Yeniyetməlik dövrü
Yenitetməlik dövrü nədir?
11-19 yaş arasında olan yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə doğru bir keçid dövrü olaraq qəbul edilir. İnsanlar inkişafın heç bir dövründə bu qədər sıx qarışıqlıq və problemlərlə qarşılaşmaz. Bu səbəbdən yeniyetməlik dövrünü bir xaos – üsyan dövrü olaraq da adlandıra bilərik. Bu dövrün özü də daxil olmaqla ətrafında bir döyüş yaratmağa hər zaman hazır olacaq. Bu döyüşün məqsədi yetkin olmaqdır.
Bu dövrə uşaq kimi girən fərdin bu dövrdən yeniyetmə olaraq çıxması gözlənilir. Əvvəldən həmişə uşaq olaraq xarakterizə edilərkən indi bəzən uşaq, bəzən də yetkin olaraq qəbul ediləcək. Şübhəsiz ki, keçid dövrü çox dava-dalaşlı keçəcək. Valideynlərin vəzifəsi yeniyetmənin bu səylərini anlayıb onlara dəstək olmaq və bu dövrün ən az ziyanla keçməsinə kömək etməkdir.
Yeniyetməlik dövrünün xüsusiyətləri
Yeniyetmə məqsədini təyin etmə, cinsi şəxsiyyətini qazanma, sosial əlaqələrini nizama qoyma səyi içərisindədir. Mənlik anlayışı və mənlik sərhədləri dəyişilir. “Mən kiməm” sualına tez-tez müraciət edirlər. Ölkənin problemləri, din, milliyət, iş və s. mövzularda axtarışda olar. Kimlik böhranı içindəki gənci nizamlı həyat sıxar. Başqasına oxşamaqdan nifrət edər, amma başqaları kimi də fərqində olmadan hərəkət edər. Nə özü, nə də başası ola bilməyən gəncin hərdən ani hərəkətləri də olur. Səbirsiz, əsəbi, davakar və heç nəyi bəyənməyən hərəkətlər inkişaf etdirə bilər və bu səbəbdən ətrafıyla, xüsusilə ailəsi və məktəbi ilə zamanla qarşıdurmalar yaşaya bilər. Bu qarşıdurma mühitindən bir an əvvəl çıxması lazım olan yetkinlərə xas hədəflər vardır. Yeniyetməlik dövrü bir yetkinliyə keçid dövrü olduğuna görə bu məqsədə çatmaq üçün edilməsi, lazım olan davranışlara çatılması, lazım olan hədəfləri yetkinlərə xas olmalıdır. Yeniyetmələrə xas bu hədəf və davranışları qısaca belə yekunlaşdıra bilərik.
1) Hər iki cinsdən olan insanlarla yeni və daha yetkin əlaqələr qurma;
2) Cinsiyyətini müvafiq sosial rollarla qaynaşma yetkin bir kişi və ya qadın cinsi şəxsiyyətini qazanmaqa çalışır;
3) Özünə xas bir şəxsiyyət quruluşu inkişaf etdirir;
4) Öz bədənini qəbul edir;
5) Ana-ata və digər yaşlılardan romantik olaraq bağlılıq;
6) Özünə uyğun peşəni təyin edib və bu peşəyə maraq;
7) İctimai məsuliyyət qazanmağı arzu etmək və buna çatmaq;
8) Qəbul edilən daxili bir əxlaq sistemini qazanmaq, yeniyetməninən təməl mənada bacarması lazım olan hədəflər. Davranışların əhəmiyyətli bir qisminin altında yatan itələyici güc bu hədəflərdən gəlməkdədir. Yeniyetmə deyimi yerindədirsə, bu hədəflərə özbaşına gedər.
Related Posts
STRESS OR ANXİETY?
Stress and anxiety share similar symptoms. However, stress occurs as a...
Yeniyetməlik dövrü
Yenitetməlik dövrü nədir? 11-19 yaş arasında olan yeniyetməlik dövrü uşaqlıqdan...
How Music Affects Our Subconscious
Everyone feels low from time to time, so it’s not always easy to know when it is...
Uşaqlarda Davranış Pozuntusu: Əlamətləri, Səbəbləri və Həll Yolları
Uşaqlarda Davranış Pozuntusu: Səbəbləri, Əlamətləri və Həll Yolları...