
Depressiya
Depressiya davamlı kədər hissi və maraq itkisinə səbəb olan əhval-ruhiyyə pozuntusudur. Major depressiv pozuntu və ya klinik depressiya olaraq da adlandırılan bu, necə hiss etdiyinizə, düşündüyünüzə və davranışınıza təsir edir və müxtəlif emosional və fiziki problemlərə səbəb ola bilər. Adi gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkə bilərsiniz və bəzən həyatın yaşamağa dəyməz olduğunu hiss edə bilərsiniz.
Depressiya uzunmüddətli müalicə tələb edə bilər, ancaq ruhdan düşməyə dəyməz çünki psixoterapiya və dərman müalicəsi birlikdə sizin daha yaxşı hiss etməyinizə və funksionallığınızı bərpa etməyə yardımçı ola bilər