“Mən Həyatımı Sənə Vermişəm..”

“Mən Həyatımı Sənə Vermişəm..” – Valideyn Fədakarlığı və Psixoloji Nəticələri
Cəmiyyətdə geniş yayılmış bir anlayış var: “Fədakar ana yaxşı anadır.” Bu düşüncə yalnız bizim toplumda deyil, müxtəlif mədəniyyətlərdə də müşahidə olunur. Məsələn, Elliot, Powell və Brenton (2013) tərəfindən aparılan araşdırmada göstərilmişdir ki, az gəlirli afroamerikalı analar yalnız özlərini uşaqları uğrunda fəda etdikdə yaxşı ana kimi qəbul olunurlar. Bu nəticə onu göstərir ki, analığın fədakarlıqla eyniləşdirilməsi qlobal bir tendensiyadır.
Doğrudur, bir ananın uşağını qoruması, ehtiyaclarını qarşılamaq və ona dəstək olmaq valideynlik öhdəliyinin təməl hissəsidir. Lakin bir qadının bütün həyatını uşağına həsr etməsi, özünü unudaraq yalnız “ana” kimliyi ilə yaşaması nə onun öz psixoloji sağlamlığı, nə uşağın inkişafı, nə də gələcək ailə münasibətləri üçün faydalı deyil.
Bütün həyatını övladına həsr edən analar zamanla uşaqla simbioz bir bağlılıq yaradırlar. Bu halda ana uşağın həyatını da özü yaşamağa başlayır: bütün qərarları onun yerinə verir, ona seçim haqqı tanımır və “ideal övlad” böyütməyə çalışır. Belə bir mühitdə böyüyən uşaq səhv etməyə icazə verilmir, müstəqillik qazana bilmir və nəticədə yetkinlikdə valideynlərindən “ayrıla” bilmir.Valideynlərin tez-tez işlətmiş olduğu “mən bütün həyatımı sənə verdim” ifadəsi uşaqların psixologiyasında daim borclu olma hissi yaradır. Valideyinlərin uşaqların yüklədiyi ifrat gözləntilər dəuşaqlar ya özlərini bacarıqsız və yetərsiz hiss edirlər, ya da valideynlərinin bütün fədakarlıqlarını ödəyə bilmədikləri üçün vicdan əzabı çəkirlər. Nəticədə valideynlə uşaq arasında sağlam sevgi əlaqəsi deyil, məcburiyyət və günahkarlıq əsasında bir bağlılıq formalaşır.
Əslində uşaqlar valideynlərindən yalnız sevgi, diqqət və qəbul olunma istəyirlər onların həyatlarının fəda edilməsini yox. Ana-ata olmaq öz həyatından imtina etmək anlamına gəlməməlidir. Valideyn öhdəliyini yerinə yetirərkən, yəni sevgisini göstərərək, qayğı verərək, amma uşağın fərdiliyinə hörmət edərək güvənli bağlanma yaradır. Bu halda uşaq valideyninə sevgisini borc və məcburiyyət hissi ilə deyil, könüllü şəkildə göstərir.
Valideyn olaraq ən böyük məsuliyyət sevgi verə bilməkdir. Fədakarlıq edərık nə uşağın həyatının əlindən alınmasıdır, nə də valideyiin özünü qurban verməsidir. Uşaqlarınıza sərhədlər daxilində seçim haqqı və müstəqillik verin, eyni zamanda öz həyatınızı da yaşayın. Çünki sevgi ilə böyüyən uşaq valideyninə həm hörmət, həm də səmimi sevgi ilə bağlanır, borc hissi ilə deyil.
Related Posts
İmtahan həyəcanını necə idarə edə bilərik?
İmtahan dövrü yaxınlaşanda bir çox şagird, tələbə və hətta böyüklər güclü...
Asılı münasibətlər
Asılılıq geniş mənada – müstəqil olmamaq, öz vəziyyətini dəyişmək, uyğunlaşmaq...
Depression: Which Therapy is Right for Me?
Everyone feels low from time to time, so it’s not always easy to know when it is...

