Təlimlər
Türkiyədə 9-cu,İzmirdə isə 3-cü proyektimizi uğurla tamamladıq. 11-16 may 2025 tarixlərində keçirilən bu təlimdə iştirakçılarımız “Deniz Yıldızı Özel Eğitim ve Rehabilitasyon Merkezi” daxilində atipik və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla psixoloji və psixoterapevtik işin önəmli detallarını öyrənmiş və terapiya seanslarında aktiv iştirak etmişdirlər.
“ASA Sağlamlıq Mərkəzi” ilə Türkiyə və həmçinin Avropanın ən böyük psixiatriya xəstəxanası olan “Ankara Boylam Psikiyatri Hastanesi” artıq illərdir uğurla proyektlər icra edir. “ASA Sağlamlıq Mərkəzi” olaraq hər il psixologiya, nevrologiya və psixiatriya ixtisası üzrə məzun olan gənc mütəxəssisləri peşəkar inkişaf və klinik təcrübə proqramı üçün sözügedən xəstəxanaya göndəririk. Bu əməkdaşlıq sayəsində mütəxəssislərimiz beynəlxalq standartlara uyğun praktik bilik və təcrübə qazanaraq ölkəmizdə daha keyfiyyətli təcrübə qazanırlar. Bu proqram daxilində iştirakçılar, xəstəxana rəhbəri DSM 5-i türk dilinə tərcümə edən önəmli professor Ertuğrul Köroğlu tərəfindən keçirilən dərslərdə iştirak edir, həm də xəstələrlə ünsiyyət imkanına da malik olurlar.
Brainspotting (BSP) təlimi
Azərbaycanda artıq 7-ci dəfə “Brainspotting”- Amerikanin ən son və effektiv terapiya təlimi təşkil olundu.Brainspotting — əsasən travma, narahatlıq, stress və güclü emosional təcrübələrin emalı üçün istifadə olunan psixoterapiya üsuludur. Bu metod 2003-cü ildə psixoloq David Grand tərəfindən hazırlanıb.Bu metodun əsas ideyası budur ki, gözün müəyyən bir nöqtəyə fokuslanması, beyində tam emal olunmamış emosional xatirələrə və bədən reaksiyalarına çıxışı asanlaşdıra bilər. Terapevt pasiyentin göz hərəkətlərini və bədən hisslərini izləyərək “brainspot” adlanan xüsusi baxış nöqtəsini müəyyən edir. Pasiyent həmin nöqtəyə baxarkən yaranan hissləri, düşüncələri və bədən reaksiyalarını müşahidə edir, məqsəd isə beynin bu təcrübələri daha sağlam şəkildə emal etməsinə kömək etməkdir.
Psixologiya tələbələri, mütəxəssisləri, nevroloq və psixiatrlar təlimdə aktiv iştirak edərək sertifikatlaşmadan keçmişdirlər.



















